ABŞ İranı Azərbaycan üçün təhlükə sayır - “Biz tərəfdaşlarımızın yanındayıq…” - APA TV
“ABŞ Azərbaycanı İranın təhlükələrindən qorumaq niyyətindədir”.
APA TV xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Ned Prays jurnalistlərin suallarına cavabında deyib. O əlavə edib ki, İran region üçün təhlükə yaradır və bu məsələ rəsmi Vaşinqton üçün aydındır. “İran Azərbaycan və digər qonşu ölkələrə qarşı ritorikasını gücləndirir. Tehran son vaxtlar Azərbaycanı İran ərazisində hansısa terror aktı törətməkdə ittiham edir və bununla bağlı hədə formasında bəyanatlar verilib. Bu həftənin əvvəlində azərbaycanlı həmkarımla görüşmək imkanım olub. İranın bölgə üçün təhlükə olduğunu çox açıq şəkildə bildirdim. Biz tərəfdaşlarımızın yanında olmağa, onları dəstəkləməyə davam edəcəyik”.
Xatırladaq ki, oktyabrın 26-da İranının Şah-Çeraq ziyarətgahında törədilən terror aktında əli olan 26 nəfər tutulub. İran Kəşfiyyat Nazirliyinin iddiasına görə, saxlanılan şəxslər Azərbaycan, Tacikistan və Əfqanıstan vətəndaşları olublar. Azərbaycanın Xarici İşlər Nazirliyi isə İranda törədilən terror aktı ilə bağlı başsağlığı verib və terror aktını qınayıb.
OXŞAR XƏBƏRLƏR
Ağdaşda xurma yığımının qızğın çağıdır
Oktyabrın 8-nə gözlənilən hava proqnozu açıqlanıb
Almaniyanın eks-kəşfiyyat rəhbərinin Azərbaycanla əlaqəsi barədə İDDİALARA CAVAB
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə