ABŞ-ın “Buyeponqo” musiqi qrupu Gəncədə konsert verib
ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə afro-latın “Buyeponqo” musiqi qrupu Gəncədə konsert verib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, konsert Gəncə Dövlət Filarmoniyasında baş tutub.
Konsertdə məktəblilər və mədəniyyət işçiləri iştirak ediblər. Əvvəlcə çıxış edən ABŞ səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri Riçard Pinkham iki ölkənin dostluq münasibətlərindən danışıb. Bildirib ki, konsertin keçirilməsində məqsəd Amerika mədəniyyətini Azərbaycanda tanıtmaqdır: “Amerika səfirliyi yenidən Gəncədə olmağından şad oldu.
Gələcəkdə biz yenə Gəncəyə gələcəyik. Biz burda göstəririk ki Amerika mədəniyyəti çox müxtəlif və zəngindir. Biz bu gün burda sizə Amerika mədəniyyətinin bir hissəsini göstərə bilirik”.
Beş nəfərdən ibarət afro-latın “Buyeponqo” qrupu Latın Amerikası diasporuna xas hip-hop, pank, fank və caz sədalarının qarışığından ibarət çılğın tropik üslublu musiqilər ifa edir. “Buyeponqo”nun Azərbaycandakı bütün konsertləri pulsuz və ictimaiyyət üçün açıqdır. ABŞ səfirliyi canlı hip-hop, pank, fank və caz musiqisi ilə maraqlanan hər kəsi “Buyeponqo”nun Şəki, Zaqatala və Qəbələdə verəcəyi konsertlərdə də iştiraka dəvət edir.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək