ABŞ-ın Azərbaycandakı səfirliyi vətəndaşlarına müraciət etdi – ABŞERONDAN KƏNARA GETMƏYİN
ABŞ səfirliyi Azərbaycanda olan ABŞ vətəndaşlarına xəbərdarlıq edib.
APA TV-nin xəbərinə görə, bu barədə səfirliyin mətbuat xidməti məlumat yayıb.
"ABŞ-ın Azərbaycandakı səfirliyi ABŞ vətəndaşlarını gərginliyin artması və Ermənistan-Azərbaycan sərhədinin bəzi hissələrində baş verən son hadisələrlə əlaqədar Abşeron yarımadası xaricində vacib olmayan səyahətlərdən qaçmağa çağırır. ABŞ-ın Bakıdakı səfirliyi səfirlik işçilərinə və onların ailə üzvlərinə Abşeron yarımadasından kənarda səyahət etməməyi tapşırıb", - deyə səfirliyin məlumatında bildirilib.
Səfirlik Azərbaycanın bütün regionlarındakı ABŞ vətəndaşlarına son hadisələri bilmək üçün yerli medianı izləməyi tövsiyə edib.
"ABŞ səfirliyi ABŞ vətəndaşlarını ictimai yerlərdə ehtiyatlı davranmağa və hər hansı yarana biləcək nümayişdən uzaq olmağa çağırır. Səfirlik təhlükəsizlik vəziyyətini izləməyə və ehtiyac olduqda əlavə məlumat verməyə davam edəcək", - səfirliyin yaydığı məlumatda bu da qeyd olunub.
OXŞAR XƏBƏRLƏR
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi
Prezident İlham Əliyev Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayeni qəbul edəcək
Qanunsuz sahibkarlıqla bağlı cinayət məsuliyyətindən azad edilməyə dair şərt dəyişir
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"