ABŞ-ın 18 ştatı“Kia” və “Hyundai”dan niyə imtina edir?
ABŞ-ın 18 ştatının prokurorundan ibarət koalisiya hökuməti oğurluğa qarşı sistemlərin olmaması səbəbindən Koreya istehsalı olan “Kia” və “Hyundai” avtomobillərini geri çağırmağa çağırıb. Belə ki, bu marka avtomobillər oğrular üçün asan hədəfə çevirib.
Bu barədə Kaliforniyanın baş prokuroru Rob Bont məlumat verib. Onun sözlərinə görə, ABŞ Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsinə göndərilən məktubda 2011-ci ildən 2022-ci ilə qədər istehsal olunmuş təhlükəli “Hyundai” və “Kia” avtomobillərinin geri çağırılmasına başlamaqla təcili tədbirlər görməyə çağırılır.
Sənəddə qeyd edilib ki, bu müddət ərzində “Hyundai” və “Kia” avtomobillərini oğurluğa qarşı qurğularla təchiz etməmək qərarına gəliblər və indi onların sahibləri avtomobillərinin lüzumsuz oğurlanması riski, həmçinin sığorta ödənişləri ilə bağlı problemlərlə üzləşirlər.
Açıqlamaya görə, bu avtomobillərin necə oğurlandığını göstərən videolar sosial mediada populyarlıq qazanıb. Bundan sonra bütün ölkədə oğurluq dalğası baş verib. Məsələn, Los-Ancelesdə “Hyundai” və “Kia” oğurluqları 2022-ci ildə təxminən 85% artıb.
OXŞAR XƏBƏRLƏR
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib
İnam Kərimov hakimlərlə bağlı danışdı: "100 min nəfərə 7 hakim..."
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər