ABŞ-da ziyafətdə baş verən atışmada ölənlər olub
ABŞ-nin Texas ştatının Amarillo şəhərində ziyafətdə baş verən atışma nəticəsində iki nəfər ölüb, beş nəfər yaralanıb. Bu barədə APA informasiya agentliyi CNN-ə istinadən xəbər verir. Yerli polis bildirib ki, atışma bazar günü yerli vaxtla səhər saat 1-ə yaxın keçirilən şənlik zamanı başlayıb. Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, orada olanlardan bəziləri arasında dava düşüb və kimsə atəş açmağa başlayıb. Bir nəfər hadisə yerində, digəri isə xəstəxanada dünyasını dəyişib. Qalan beş nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
OXŞAR XƏBƏRLƏR
20:35
890
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
19:51
924
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
19:50
871
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
19:26
1243
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
19:11
1196
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi
10:12
1565