ABŞ bəzi brendlərin idxalına qadağa qoyur - TƏHLÜKƏ SƏBƏBİNDƏN
ABŞ ölkənin milli təhlükəsizliyi üçün təhlükə yarada biləcək məhsulların idxalını dayandıracaq.
APA TV-nin "Reuters"ə istinadən məlumatına görə, Nümayəndələr Palatası hökumətin konkret "Huawei" və şübhəli digər şirkətlərdən məhsullar almasına əngəl olan qanun layihəsini yekdilliklə qəbul edib.
Sözügedən qanun layihəsi bu həftə təsdiqlənməsi üçün Senata göndəriləcək. Layihənin Senatda respublikaçılar və demokratlar tərəfindən dəstəklənəcəyi gözlənilir.
Bu arada ABŞ-ın kiçik telekommunikasiya təminatçılarına şübhəli texnologiyalardan istifadəni aradan qaldırmaq üçün 1 milyard dollar dəyərində maliyyə vəsaitinin ayrılması nəzərdə tutulur.
OXŞAR XƏBƏRLƏR
17:47
636
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
525
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
529
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
830
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
795
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
815