ABŞ-da daha bir qaradərili öldürülüb - POLİS HADİSƏ ANININ VİDEOSUNU YAYDI

ABŞ-da polis tərəfindən qaradərili şəxsin öldürülməsinin görüntüsü yayılıb.

 

APA TV-nin məlumatına görə, Minnesota ştatında 31 yaşlı Turman Blevins iki polis tərəfindən iyun 23-də güllələnərək öldürülüb.

Qeyd edək ki, yaxınları öldürülən şəxsin hadisə vaxtı silahsız olduğunu iddia edərək polisi günahlandırmışdı. Polis özünü müdafiə üçün hadisənin videosunu yayıb. Görüntülərdə asayiş keşikçiləri bir qadın və uşağın yanında dayanan T.Blevinsi həbs etmək istəyir. Şübhəli isə qaçmağa başlayır və polisin xəbərdarlığına məhəl qoymur.

Polis T.Blevinsdə silah olduğunu önə sürür. Hadisə şahidləri isə mərhumda silah deyil, şüşə olduğunu bildirir.

 

Görüntülər də müzakirələrə son qoymayıb. Yaxınları polisi günahlandırmaqda davam edir. Baş verənlərlə əlaqədar iki polis işdən azad olunub, araşdırmalar davam edir.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR