Abbas Abdulla dəfn olundu

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, şair Abbas Abdulla dəfn olub.

APA TV-nin məlumatına görə, o, Maştağa qəsəbəsindəki "Kəpənəkçi" qəbiristanlığında, həyat yoldaşının yanında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri ilə yanaşı, dostları və tanınmış ictimaiyyət nümayəndələri iştirak ediblər.

Atasının torpaqlarımızın azad olunması eşqi ilə yaşadığını deyən Abdulla Acalov şairin daima bu arzu ilə yaşadığını bildirib:

Daha sonra şairin yaxınları çıxış edərək mərhumla bağlı xatirələrini bölüşüblər.

“Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli mərhumun Azərbaycanın Türkiyədəki Baş Konsulu kimi qardaş ölkənin ictimaiyyəti tərəfindən xatırlandığını bildirdi:

Abbas Abdulla Türkiyənin Bayburt şəhərində Dədə Qorqud konfranslarında, Elazığda ənənəvi Xəzər şeir axşamlarında milli ədəbiyyatı təmsil edib. "Əməkdə fərqlənməyə görə" medalı ilə təltif olunub.

Xatırladaq ki, Abbas Abdulla sentyabrın 4-də axşam saatlarında vəfat edib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR