9-cu sinif şagirdi 17 yaşlı oğlanı bıçaqladı
Gəncədə bıçaqlanma hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Qırmızı Kənd qəsəbəsində qeydə alınıb. 2004-cü il təvəllüdlü İsmayılov Alim Yuri oğlu bıçaqlanma xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O, dərhal əməliyyat olunub, vəziyyətinin kafi olduğu bildirilir.
Məlumata görə, Alim İsmayılov 9-cu sinif şagirdi olan tanışı, 2006-cı il təvəllüdlü Novruzov İsmayıl Ələs oğlu tərəfindən bıçaqlanıb. Gəncə Şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin ərazi üzrə polis bölməsinin əməkdaşların keçirdikləri əməliyyat nəticəsində hadisəni törədən İsmayıl Novruzov saxlanılıb. İlkin ehtimala görə hadisə söyüş üstündə baş verib.
Faktla bağlı araşdırmalara başlanıb
Fuad Nazimoğlu, Mehdi Məmmədov , APA TV, Gəncə
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib
Media və Yayım Şurası AÇIQLAMA YAYDI
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu