87 yaşlı yazıçı evində qaz yandıra bilmir: Pulunu çatdıra bilmirəm
“Qanun” nəşrlər evinin rəhbəri Şahbaz Xuduoğlu öz sosial şəbəkə hesabında yazıçı Əlisa Nicatın durumu ilə bağlı paylaşım edib. Naşir bildirib ki, 87 yaşlı yazıçı qazpulunu çatdıra bilmir deyə, gün ərzində evi isitmək üçün cəmi 1-2 saat qaz yandırır.
Bu paylaşım sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
Məsələ ilə bağlı APA TV yazıçının evinə yollanıb. Əlisa Nicat bildirib ki, bu gün media nümayəndələrinin onunla maraqlanması sözün yaxşı mənasında onu kövrəldib: “Mən belə bir şey ilk dəfədir ki, görürəm. Haqqımda çoxlu kitablar yazıblar. Mən qızıl üçün gəzirəm, hamı deyir kişinin ağzından qızıl tökülür”.
Yazıçının köhnə geyimi də sosial şəbəkələrdə müzakirə predmeti olub. Özü isə geyiminin deyil, evinin isti olmasını istəyir: “Bunu dostum alıb geyinirəm. Bərbərə də getmirəm, saçımı özüm qırxıram. Ürəyimdən narahatam, xırda dərman atıram keçir. Axırıncı dəfə həkimə 5-6 il öncə getmişəm”.
Azərbaycan Yazıçılar Birliyindən bildirilib ki, yazıçı vəziyyəti ilə bağlı onlara müraciət etməyib.
Əlisa Nicat 100 dən çox kitabın müəllifidir. O, “Qızılbaşlar”, “Zərdüşt”, “Əsarət bayramı”, “Gərəksiz”, “Qəbilə başçısı”, “Gəncəli müdrik” və s. kimi məşhur əsərlərin müəllifidir. Müstəqillik dövründə “Nağıllara dönən tarix”, “Ruhların söhbəti”, “Dünya sərkərdələri”, “Kədər şərabı”, “Yüz böyük Azərbaycanlı”, “Karvan” və digər kitabları çap edilib.
OXŞAR XƏBƏRLƏR
“İbrahim bir başqa idi...” - Şəhid zabitin həyat hekayəsi
Dənizin çəkildiyi yerdə ağaclar bitir - Lənkərandan heyrətamiz mənzərə
Milli Hidrometeorologiya Xidməti sabaha gözlənilən hava proqnozunu açıqladı
Milli maraqlardan qlobal nüfuza: Azərbaycanın xarici siyasət modeli
Prezident Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib