84 yaşlı kişi itkin düşüb
Sumqayıt şəhəri, Xəzər bağlar massivində yaşayan 84 yaşlı Hüseynov Yunis İxtiyar oğlu 2020-ci il yanvarın 31-də yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, onun yaddaş pozğunluğu olması ehtimal edilir.
Əlamətləri belədir: Boyu 165 sm, arıq bədən quruluşlu, ağbəniz, qısa ağ saçlı, gözləri qəhvəyi rənglidir.
Evdən çıxarkən əynində qara rəngli qış gödəkçəsi, göy cins şalvar, qəhvəyi rəngli polver, başında qara papaq, ayağında qara ayaqqabı olub.
Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102 - Zəng Mərkəzi”nə, həmçinin Sumqayıt Şəhər Polis İdarəsinə (+99418) 654-02-02 şəhər və (050) 210-31-40 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ