82 yaşlı kişi çəliklə xanımını niyə döyübmüş? - TƏFƏRRÜATLAR
Əri tərəfindən döyülən Beyləqan rayon Birinci Şahsevən kənd sakini 81 yaşlı Dilarə Həsənovanın vəziyyəti artıq stabilləşir.
Beyləqan Mərkəzi Rayon Xəstəxanasının həkimi Əli Məmmədovun APA TV-yə verdiyi məlumata görə, yaşlı qadın koma vəziyyətindən çıxıb. Hazırda müalicəsi davam edir.
81 yaşlı Dilarə Həsənovanı ağır xəsarətlər yetirən əri, 1940-ci il təvəllüdlü Nuru Həsənov hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Hadisə baş verən zaman yaşlı cütlük evdə tək olublar. Ailə münasibətləri zəminində aralarında yaranmış münaqişə zamanı ağacdan hazırlanmış çəliklə 7 övladının anası olan həyat yoldaşını döyən Nuru Həsənovun psixoloji problemləri olduğu deyilir. Ailə üzvləri çəkilişə razı olmasalar da söhbət əsasında bildiriblər ki, ataları Nuru Həsənov yeriməkdə çətinlik çəkən analarını elə onun öz çəliyi ilə döyüb.
Faktla bağlı Beyləqan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Habil Aslanoğlu, Ziya İsmayılov, Beyləqan, APA TV
OXŞAR XƏBƏRLƏR
İsmayıllıda Dağlıq Şirvan iqtisadi zonasının inkişaf perspektivləri müzakirə edilib
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı