“8103”dən gələn razılıq SMS-nin tarixini dəyişdirdi, həbs edildi
"Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi" vasitəsi olan “8103” qısa nömrəsindən gələn razılıq SMS-in tarixini xüsusi kompüter proqramları vasitəsilə saxtalaşdıraraq qaydaları pozan Sumqayıt şəhər sakini Nail Yaqubov saxlanılıb.
Daxili İşlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, o, aprelin 5-də özünə məxsus mobil nömrədən ərzaq almaq üçün “8103” xidmətinə SMS göndərib. Həmin SMS-in cavabı olaraq Nail Yaqubova 13:30-dan 15:30-dək yaşayış yerini tərk etməyə icazə verilib. Axşam saatlarında o, həmin SMS-in saatını proqram vasitəsilə dəyişərək xüsusi karantin qaydalarının tələblərini pozaraq yenidən küçəyə çıxıb.
Həmçinin Nail Yaqubov tarixini dəyişdiyi SMS-in şəklini sosial şəbəkələrdə və “Whatsapp” qruplarında yayaraq tanışlarını da eyni üsulla xüsusi karantin rejimini pozmağa çağırıb.
Etdiyi qanunsuz əmələ görə Nail Yaqubov inzibati qaydada məhkəmənin qərarı ilə 25 sutka həbs edilib.
OXŞAR XƏBƏRLƏR
41 ailəyə mənzillərinin açarları təqdim olundu
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı