70 yaşlı şəhərin ilk kitab yarmarkası - SUMQAYITDAN REPORTAJ

Sumqayıtın 70 illik yubileyi ilə bağlı şəhərdə 1-ci kitab yarmarkası  keçirilib.

APA TV-nin məlumatına görə, yarmarkada 80-ə  yaxın yazar kitablarını təqdim edib. Yarmarkaya kitab  evləri və nəşriyyatlar da qatılıb. Sumqayıtlı yazıçı və şairlər təbirin önəmindən danışıb:

“Əsas məqsəd texnologiyanın həyatımıza  daxil olduğu, gənclərimizin kitabdan uzaqlaşdığı bir dövrdə onlara kitabı yenidən sevdirməkdir”.

“Çox gözəl təşəbbüsdür. Həm kitabımızın satışı, həm də kitabın təbliği ilə məşğuluq. O gün olsun, belə  tədbirlər çox olsun.  İldə bir dəfə yox, bir neçə dəfə. Və Sumqayıtımızda  kitab mağazalarının sayı artsın”.

“Xoş olan odur ki, gənc  şairlərin, yazıçıların çoxluğunu görürük. Bu da daha irəliyə,  daha uzun məsafəyə hesablanmış addımdır. Belə tədbirlər yeni bir ənənənin, bazarın yaranmasına səbəb olacaq”.

“Ümumiyyətlə, bu tip sərgilərdə oxucularla yazarlar,  şairlər arasında bağ, xüsusi körpü yaranır, qarşılıqlı  hörmət olur. Və çox istərdim ki,  bu tip sərgilərin, yarmarkaların sayı çox olsun”.

Bəs oxucular, şəhər sakinləri nə  düşünür? Onlar belə yarmarkaların təşkilindən məmnundurmu?

“İndiki zamanda mütaliə lazımdır, vacibdir. Bu yarmarkanın yaxşı nəticəsi olacaq”.

“Bu kimi tədbirlər sakinlərin maariflənməsinə, kitab oxumasına təbliğatı  artırır. Ona görə də, birmənalı olaraq alqışlanmalıdır”.

Kitab yarmarkası konsert proqramı ilə yekunlaşıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR