7 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə dövriyyədən çıxarılıb - Lənkəranda
Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində 7 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə qanunsuz dövriyyədən çıxarılıb.
APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, şöbə əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Ramil Manafov Lənkəran rayonu ərazisində saxlanılıb. Şəxsi axtarış zamanı onun üzərindən 5 qrama yaxın heroin, idarə etdiyi “Lexus” markalı avtomobilə baxış zamanı isə 2 kiloqramdan artıq heroin, 1 kiloqram 305 qram metamfetamin aşkarlanıb.
Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı Sabunçu rayonu Zabrat qəsəbəsindəki evə keçirilən baxış zamanı 3 kiloqrama yaxın heroin və 768 qramdan artıq metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Tural Kərimov
Rövşən Əzimov
APA TV
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?