6600 azn yardım alan qazimiz danışdı
1992-1997-ci illərdə müharibə zamanı xəsarət almış, lakin sonradan reabilitasiya ilə əlilliyi aradan qaldırılmış şəxslərə, eləcə də vəfat edən Birinci Qarabağ Müharibəsi qazilərinin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb. APA TV xəbər verir ki, birdəfəlik ödənişlər artıq minlərlə şəxsin hesabına köçürülüb. Onlardan biri də 1993-ci ildə Kələbəcər və Laçın uğrundan gedən döyüşlərdə yaralanan Sərxan Həsənovdur. Sərxan Həsənova ikinci dərəcəli əlilliyinə görə 6600 manat birdəfəlik yardım ödənilib. Sərxan Həsənovun sözlərinə görə, dövlət tərəfindən göstərilən birdəfəlik yardım sayəsində bir çox qazi öz maddi problemlərini həll edə biləcək. Bu isə dövlətin qazilərə olan diqqətindən xəbər verir. Qeyd edək ki, birdəfəlik ödəmələrlə bağlı 67 milyon manata yaxın vəsait 11 minədək şəxsin hesabına köçürülüb.
OXŞAR XƏBƏRLƏR
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib