65 yaşlı şəxsi elektrik cərəyanı vurub öldürdü - BALAKƏNDƏ

Balakəndə 65 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.

APA TV-nin  məlumatına görə, hadisə rayonunun Hənifə kəndində baş verib.

Belə ki, kənd sakini, 1955-ci il təvəllüdlü Tələt Ramazanov yaşadığı ünvanda texniki işlər aparan zaman onu elektrik cərəyanı vurub.

Ağır xəsarət alan Tələt Ramazanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda ölüb.

Faktla bağlı Balakən Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR