64 kilometirlik hərbi karvan haradadır?
Bir neçə gün öncə Kiyevə doğru hərəkət etdiyi bildirilən Rusiya ordusuna məxsus 64 km uzunluğundakı hərbi karvanla bağlı yeni məlumatlar yayılıb.
APA TV “Qafqazinfo”ya istinadən xəbər verir ki, peykdən çəkilmiş yeni görüntülər göstərir ki, hərbi karvanın bəzi elementləri Lubyanka yaxınlığındakı meşələrə və meşəlik ərazilərə yerləşdirilib.
Peyk şəkilləri cümə axşamı Kiyev vaxtı ilə saat 11:37-də çəkilib.
Yedəklənmiş artilleriya və digər texnika Antonov aviabazasından təxminən beş kilometr şimal-qərbdə, Lubyanka yaxınlığında, seyrək ağac kolluğunda gizlənir.
Berestyankada, aviabazadan təqribən 15 km qərbdə, bir neçə yanacaq daşıyan maşın və peyklərin məlumatına görə, çoxlu raketatan qurğular ağacların yaxınlığındakı sahədə dayanıb.
Qeyd edək ki, bundan əvvəl Kiyev vilayətinin Mokrets kəndi yaxınlığında Ukrayna ordusu rusların 7 tank və 1 BRM-ni ələ keçirmişdi.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ