55 min sahibkara 38 milyon manatadək vəsait ödənilib
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi üzrə aprel ayının 24-nə olan hesabatı açıqlayıb.
APA TV-nin xəbərinə görə, hesabatda bildirilir ki, indiyədək 65.522 fərdi (mikro) sahibkar müraciət edib, onlardan 60.169 nəfərin müraciəti araşdırılıb.
Aprelin 24-nə faktiki olaraq 55.022 vergi ödəyicisinə 37.930,3 min manat vəsait ödənilib.
Müraciəti araşdırılmış fərdi sahibkarlara göstəriləcək maliyyə dəstəyinin məbləği isə 40.620,5 min manatdır.
Qeyd edək ki, tədbirin icrası üzrə ümumilikdə 80 milyon manat nəzərdə tutulub.
Xatırladaq ki, bu ödəmələr pandemiyadan zərər çəkmiş fərdi (mikro) sahibkarlara dövlət tərəfindən dəstək məqsədilə həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR
16:28
357
41 ailəyə mənzillərinin açarları təqdim olundu
13:02
462
Prezident İlham Əliyev ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvünü qəbul edib
11:43
2485
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
11:43
2295
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
11:42
2285
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
18:20
1474