5 şəhər və 12 rayona giriş-çıxışa necə icazə veriləcəyi açıqlanıb
Baş Dövlət Yol Polisi İdarəsi yanvarın 18-dən 25-dək 5 şəhər və 12 rayona giriş-çıxışın hansı şərtlərlə icazə veriləcəyini açıqlayıb.
İdarədən APA TV-yə verilən məlumata görə, 18 yanvar saat 00:00-dan 25 yanvar saat 00:00-dək Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi orqanların əməkdaşlarına xidməti vəsiqə (ezamiyyə vərəqəsi), diplomatik nümayəndəliklərin və beynəlxalq təşkilatların əməkdaşlarına, habelə onların yerli heyətinə müvafiq akkreditasiya kartları əsasında, eləcə də qərarda göstərilən digər şəxslər barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imzadan istifadə edilməklə “icazə.e-gov.az” portalına daxil edildikdən sonra ezamiyyə vərəqəsi əsasında icazə veriləcək.
İdarə bütün hərəkət iştirakçılarının nəzərinə çatdırırıb ki, qeyd olunan şəhər və rayonların (kənd və qəsəbələr istisna olmaqla), həmçinin paytaxtın giriş-çıxışlarında qurulan karantin keçid postlarında nəzarət-profilaktiki tədbirlər 2021-ci il yanvarın 25-dək davam etdiriləcək və müvafiq icazəsi olmayan şəxslər həmin postlardan buraxılmayacaq.
OXŞAR XƏBƏRLƏR
"Birinci Türkoloji Qurultayın 100 illik yubileyi xalqlarımız üçün tarixi əhəmiyyət daşıyır"
Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin açılışı olub
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?