47 nəfər Qarabağ qazisinə avtomobil verildi

Qarabağ qazilərinə növbəti dəfə “Xəzər” markalı daha 47 avtomobil təqdim olunub.

Bununla da bu kateqoriyadan olan avtomobil sahiblərinin sayı 377-ə çatıb. Avtomobil alanlar minnətdarlıq ifadə edib: “Əlamətdar gündür. Dövlət qayğımıza qalır, bizə avtomobillər, evlər verir. Buna görə də, dövlətimizə, Prezidentimizə, Birinci vitse-prezidentimizə minnətdarıq”.

 

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov belə tədbirlərin gələcəkdə də davam etdiriləcəyini bildirib: “İndiyə kimi təqribən 400 avtomobil verilib. Bu gün avtomobil alanlar arasında Mehriban xanım Əliyevanın təşəbbüsü ilə əməliyyat olunan qazi də var”.
 

Qarabağ qazisi, ehtiyatda olan baş-leytenant Kamil Musavi də maşın alanlardandır: “Mənə dünən zəng gəldi ki, siz maşın növbəsində olmusunuz və növbəniz çatıb. Həqiqətən çox sevindim, qürurlandım. Bu gün biz aldıq, digər qazi qardaşlarımıza da bu sevinc, bu maşın qismət olar və növbələri çatanda maşınlarını alarlar”.

 

Qazaxda yaşayan Qarabağ qazisi Filip Məhərrəmov 2015-ci ildən avtomobil üçün növbəyə yazıldığını deyib: “Dünən mənə zəng gəldi ki, növbəniz çatıb, gəlin aparın. Zəng gələn kimi nəvələrim, mən, yoldaşım sevindik”.

Maşın sahibləri sükan arxasına keçdi, onların arasında ilk dəfə avtomobil idarə edənlər də var idi.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR