45 yaşlı kişi tanışı tərəfindən bıçaqlandı
Sumqayıtda qətl hadisəsi baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə şəhərin 18-ci mikrorayonunda qeydə alınıb. 1977-ci il təvəllüdlü Məmmədov Nazim Vəliyəddin oğlu yaşadığı həyətdə bıçaqlanıb. Ürək nahiyəsindən bıçaq zərbəsi alan 45 yaşlı kişi hadisə yerində ölüb. Qətli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Meyit müayinə olunması üçün aidiyyatı üzrə təhvil verilib.
Qeyd edək ki, Prokurorluq Sumqayıtda baş verən qətllə bağlı məlumat yayıb.
Sumqayıt şəhər prokurorluğundan verilən məlumata görə, fevralın 9-u saat 10 radələrində Sumqayıt şəhər sakin 1977-ci il təvəllüdlü Nazim Məmmədovun Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1979-cu il təvəllüdlü Mahir Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Nazim Məmmədova xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Mahir Həsənov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Mikayıl Cabbarov: Qarabağın inkişafına böyük diqqət ayrılıb
IsDB: Üzv ölkələrdə 150 milyon gənc iqtisadi inkişaf imkanlarından kənarda qalıb
Prezident Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefektini qəbul edib
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü