40 avtomobil necə toqquşdu? - DƏHŞƏTLİ QƏZANIN TƏFƏRRÜATLARI
Bakı-Qazax magistral yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. Dumanlı hava şəraitində 40-a qədər avtomobil toqquşub.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Yerin buzlu və sürüşkən olması daha çox avtomobilin zərər görməsinə səbəb olub.
Qəza nəticəsində 15 nəfər müxtəlif dərəcəli xəsarətlərlə Şirvan şəhər və Hacıqabul rayon xəstəxanalarına yerləşdirilib. Sabirabad rayonunun Narlıq kənd sakini, 1970-ci il təvəllüdlü Cəlil Ələkbərov isə hadisə yerində ölüb.
Hadisə yerinə Dövlət Yol polisinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının nümayəndələri cəlb edilib. Qəza zamanı bəzi avtomobillər yararsız hala düşüb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
16:29
816
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
16:12
820
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
17:12
1379
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
17:11
969
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
17:10
923
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı
18:19
1799