4 oğlunu döyüşə göndərən ana şəhid oğlundan danışır
Vətənin bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn vətən oğullarından biri də Ucar rayonun Alpı kənd sakini, 1973-cu il təvəllüdlü, Məhəmməd Mehdi oğlu Ələkbərovdur. Məhəmməd Ələkbərov Alpı kənd orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra rayonda fəaliyyət göstərən peşə məktəbində çilingərlik üzrə təhsil alıb. Təhsilini başa vurduqdan sonra bir müddət kolxozda sürücü kimi çalışıb.
Məhəmməd 1989-1991-cu illərdə həqiqi hərbi xidmətə yollanıb və Bakıda N saylı hərbi hissədə qulluq edib.
Birinci Qarabağ müharibəsində gedən döyüşlərdə iştirak edən Məhəmməd Kəlbəcər, Ağdam, Baş Qərbənd, Aşağı Qərbənd, Güllicə və bir neçə yaşayış məntəqəsində gedən döyüşlərdə igidlik göstərib. Ağdam rayonunun Qərvənd kənd uğrunda gedən şiddətli döyüşdə düşmənin snayper gülləsinə tuş gələn Məhəmməd Ələkbərov şəhidlik zirvəsinə yüksəlib. O, Alpı kənd qəbiristanlığında dəfn edilib.
Şəhidin anası Şahnaz Ələkbərova deyir ki, Məhəmməd hələ uşaqlıqdan cəsur, qorxmaz və çox vətənpərvər bir oğul olub. Anası deyir ki, onu döyüşə göndərmək istəməsə də Məhəmməd təkidlə döyüş bölgəsinə yollanıb.
Qeyd edək ki, şəhid Məhəmməd Ələkbərov ailənin 14 uşağından biri olub. Atası Mehdi Ələkbərov Böyük Vətən müharibəsinin (1941-45) iştirakçısı, qardaşı Fətəli Ələkbərov Birinci Qarabağ müharibəsinin qazisi, digər 2 qardaşı isə müharibə iştirakçısı olub.
Zahid Abışov
Devran Əsgərov
APA TV
OXŞAR XƏBƏRLƏR
15 iyun - Milli Qurtuluş Günü: Azərbaycanın taleyini dəyişən ZƏFƏR TARİXİ
15 İyun: Xalqın Ümid, Dövlətin Xilas Günü
Azadlığından sonra Ağdam və Füzulidə ilk dəfə son zəng çalınıb
Bakıda 45 nömrəli məktəb məzunlarını yola saldı - Sonuncu zəng çalındı
Elm və Təhsil Naziri Gəncədə “Son Zəng” tədbirində iştirak edib