4 gün əvvəl meyiti tapılan şəxs qətlə yetirilibmiş
Abşeronda 4 gün əvvəl meyiti aşkarlanan şəxsin qətlə yetirildiyi məlum olub. Avqustun 17-də Abşeron rayonunun Masazır kəndi ərazisində 44 yaşlı Ruslan Məmmədovun yıxılması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub. Prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilən kompleks istintaq-əməliyyat tədbirləri nəticəsində 1984cü il təvəllüdlü Yakuşev Stanislavın aralarında yaranmış mübahisə zamanı Ruslan Məmmədovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. Stanislav Yakuşev şübhəli şəxs qismində tutulub. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir. Əli Əliyev Ağa Əlizadə APA TV
OXŞAR XƏBƏRLƏR
20:35
701
“Ailəsi ilə əlaqə saxladı, 15 dəqiqə sonra şəhid oldu” - Qanlı döyüşlərdən zəfərə
19:51
720
ADEX 2026-nın ikinci günündən maraqlı görüntülər
19:50
700
Bir vaxtlar səssizliyə qərq olan bu dağlarda indi həyat qaynayır
19:26
1227
Cəbrayıl, Xocavənd, Xocalı və Ağdərəyə növbəti köç
19:11
1175
İlham Əliyev Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirini qəbul etdi
10:12
1548