311 nəfər hərbi əsirin dəfn olunduğu sirli məzarlıq
Yəqin ki, çoxunuz Sumqayıtda alman qəbiristanlığının olduğundan xəbərdarsınız.
APA TV –nin yerli bürosunun verdiyi məlumata görə, məzarlıq Sumqayıtın Kotec yaşayış massivində yerləşir.
İkinci dünya müharibəsi zamanı əsir düşən almanların bir hissəsi Sumqayıta gətirilib. Onlar şəhərin tikintisində iştirak ediblər. Vəfat edən əsirlər məhz bu ərazidə dəfn edilib. Burada dəfn edilən hərbi əsirlərin sayı 311 nəfərdir.
“Gördüyünüz bu ərazi Sumqayıt şəhərində yerləşən alman məzarlığıdır. Burada Sumqayıtın tikintisində iştirak etmiş 311 alman əsiri dəfn olunub.”
Sonuncu əsir burada 1949-cu ildə dəfn olunub.
Uzun müddət Sumqayıtda dəfn olunmuş almanların şəxsiyyəti barədə heç bir məlumat olmayıb. Sovet rejimində hərbi əsirlər haqqında informasiya dövlət sirri səviyyəsində qorunurdu.
Dəfn olunmuş hərbi əsirlərin adlarının olduğu siyahı müstəqillik dövründə Krasnoyarsk arxivindən tapılıb.
“Şnayder Yoahim Alfred, Ruppert Riçard, Fraz Anton... Adları davamlı şəkildə sadalamaq olar. Sumqayıtda torpağa tapşırılmış 311 alman hərbi əsirin adı şəhər məzarlığının ərazisində qoyulmuş xatirə lövhəsində həkk olunub.”
Alman məzarlığına Mələk Almazova nəzarət edir. Atası vəvat etdikdən sonra Mələk Almazova onun işini davam etdirib: “Almanlar, macarlar gəlir bura. Elə bil 269 nəfər almandır. Qalanları da macarlardır. Həmişə noyabrın 15-i, 17-si həmişə onlar gəlirlər bura, anım günüdür. Gəlirlər, baxırlar. Hamısı məndən razı qalırlar.”
Bu məzarlıq həm də tolerantlığın nümunəsidir. Azərbaycan minilliklər boyu müxtəlif xalqların azad, sərbəst və heç bir maneə ilə rastlaşmadan yaşadığı bir məmləkətdir.
RAMİL ZEYNALLI, ƏLİ ƏLİYEV, APA TV
OXŞAR XƏBƏRLƏR
Azərbaycan və Laos arasında birgə bəyanat qəbul edildi
Laos Prezidentinin rəsmi qarşılanma mərasimi oldu
İlham Əliyevin Kambocanın Baş naziri ilə geniş tərkibdə görüşü oldu
Azərbaycan və Kamboca arasında sənədlərin mübadiləsi mərasimi olub
Prezident İlham Əliyev Kambocanın Baş nazir Hun Maneti qarşıladı