31 il əvvəl Qarabağ döyüşlərində itkin düşmüş Nofəl Qurbanov torpağa tapşırılıb
Birinci Qarabağ müharibəsi zamanı Daşaltıda itkin düşmüş, 31 il sonra meyit qalıqları tapılan Qurbanov Nofəl Nəriman oğlunun cənazəsi Sabunçu rayonunda dəfn olunub. Dəfn mərasimində şəhər ictimaiyyəti, şəhidin ailə üzvləri iştirak ediblər.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupunun əməkdaşı Zaur İsmayılov bildirib ki, itkin düşmüş şəxslərə aid olan 500-ə yaxın insan qalıqları aşkarlanıb və onların eyniləşdirilib ailələrə təhvil verilmə prosesi mərhələli şəkildə davam etdirilir.
Qeyd edək ki, Qurbanov Nofəl Nəriman oğlu 1971-ci ildə Bakıda doğulub. Bakı şəhəri 82 nömrəli məktəbi bitirib. 1991-ci ildə də həqiqi hərbi xidmətə çağrılıb. O, qızğın döyüşlər zamanı ön cəbhədə vuruşub və 1992-ci ildə "Daşaltı əməliyyatı"nda itkin düşüb.
LƏMAN SALEHOVA
ARİF ƏLİYEV
APA TV
OXŞAR XƏBƏRLƏR
Təhsildə rəqəmsal inqilab: Rəqəmsallaşan təhsil sistemində hansı yeniliklər var?
Azərbaycanın beynəlxalq nüfuzu Prezidentə etimadı gücləndirir
Uşaqların onlayn təhlükəsizliyi üçün yeni addım atıldı
İki ölkənin nazirlikləri arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edildi
Ursula fon der Lyayen Azərbaycana işgüzar səfərə gəldi