“30 ilində ilk dəfə İsrailə Azərbaycan səfiri gələcək” - XİN rəhbərləri görüşdü
Bu gün İsrailin Təl-Əviv şəhərində Azərbaycan səfirliyinin açılışı olacaq.
Açılış mərasimində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Milli Məclisin bir qrup deputatı və digər şəxslər iştirak edəcək.
İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycanın İsraildə səfirliyinin açılması ilə bağlı paylaşım edib.
Paylaşımda deyilir:
“Tarix!
Hazırda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edirəm.
Ölkələr arasında münasibətlərin 30 ilində ilk dəfə olaraq İsrailə Azərbaycan səfiri gələcək və daimi səfirlik açılacaq.
İsrailə xoş gəlmisiniz”.
Qeyd edək ki, ötən ilin sonunda Milli Məclis Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında qanun layihəsini qəbul edib.
Daha sonra Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İsrail Dövlətində (Təl-Əviv şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanunu təsdiq edib.
Azərbaycanın İsraildəki səfiri vəzifəsinə Muxtar Məmmədov təyin edilib.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Qubaya ilk qar yağdı – Xınalıq ağ örpəyə büründü
Süni intellekt məhkəmə sisteminə daxil olur – Nə dəyişəcək?
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü keçirilib