30 il sonra doğma ocaqda: Laçın sakininin ürək dağlayan ata fəryadı
Bu nalə, bu göz yaşları uzun illərdir doğma yurdunun həsrətində olan bir laçınlının sona çatan həsrətindən xəbər verir. APA TV-nin bölgə müxbiri uzun illərdir vətən həsrəti çəkən Möhübbət Abdüləzimov və Xaliq Əliyevlə birlikdə onların ata ocaqlarına baş çəkib. Ata ocağının xaraba qalmış ərazisində dolaşan Möhübbət Abdüləzimov hıçqırtılarını saxlaya bilmir. Ona hay verməyəcəyini bilsə də, hayqıraraq atasını çağırır. Nə vaxtsa yurd yeri olan bu kənddə, indi tək-tük dağıdılmış ev divarlarından, məhv olmuş, kolluğu xatırladan bağlardan, içində xatirələr bişən boş qalmış kahadan başqa bir şey görünmür. 15-16 yaşlarında evlərini tərk edən bu insanlar bu gün doğma Fingə kəndində hansı evin kimə məxsus olduğunu dəqiq xatırlayırlar. Səfərimizi yuxularımızı çin edən, arzularımızı reallaşdıran, Azərbaycanın qeyrət və şücaət rəmzi olan ordumuzu düşünərək minnətdarlıq, yenilməzlik və gələcəyə inam hissi ilə başa vurduq. Əziz laçınlılar, doğma vətən qollarını açıb sizi gözləyir. Sizin onu sevdiyiniz qədər o da sizi sevir, onun üçün darıxdığınız qədər o da sizin üçün darıxır.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi
“Bu, minlərlə vətəndaşın taleyidir” – Viktor Yuşşenko
Beynəlxalq səyyahlar Azıx mağarasında olublar
Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib
Ağdaşda xurma yığımının qızğın çağıdır