3 rayonda dilənən şəxs kimdir? - POLİS KEÇMİŞ MƏHKUMU SAXLAYIB

Xızıda dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb.

APA TV-nin şimal bürosunun məlumatına görə, Siyəzən rayon, Zarat kənd sakini Samir Məmmədov əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayıb.

Dindirmə zamanı S.Məmmədov törətdiyi cinayət əməllərini etiraf edib.

O, müxtəlif vaxtlarda Xızı, Siyəzən və Şabran rayonları ərazisində hərəkətdə olan avtomobillər müxtəlif yollarla saxladaraq, imkansız, xəstə olması və müalicə üçün pula ehtiyacı olduğunu bildirib.

Samir Məmmədov sürücüləri və sərnişinləri aldadaraq onlardan dəfələrlə pul aldığını etiraf edib: “Bakı-Quba yolunun Xızıdan keçən hissəsində sürücüləri dəfələrlə aldadaraq pullarını ələ keçirmişəm. Əməlimdən peşmanam, bir də belə səhvlərə yol verməyəcəyəm”.

Polisdən bildirilib ki, Bakı-Quba yolunun Xızı rayonu ərazisindən keçən hissəsində dəfələrlə sürücülərə qarşı xırda talamalara baş verib.

S.Məmmədovun bu cinayətlərdə iştirakı istisna edilmir.

Araşdırmalar davam edir.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR