3 maşın toqquşdu: ailənin 5 üzvü xəsarətlər aldı
Bərdədə zəncirvarı qəza baş verib.
APA TV-nin Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Bəcirvan kəndi ərazisində qeydə alınıb.
3 nəqliyyat vasitəsinin toqquşması nəticəsində bir ailənin 5 üzvü xəstəxanalıq olub.
"Mitsubishi" markalı minik avtomobili qarşıdan gələn "Zil" markalı yük maşını ilə toqquşub. Eyni istiqamətdə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili də "Zil"ə çırpılıb.
Nəticədə "Mitsubishi" markalı minik avtomobilinin sürücüsü - Füzuli rayon sakini, 1982-ci il təvəllüdlü Qorxmaz Kamal oğlu Ağayev və avtomobildə olan ailənin digər üzvləri 1991-ci il təvəllüdlü Aygün Mahir qızı Ağayeva, 2014-cü il təvəllüdlü Gülay Qorxmaz qızı Ağayeva, 2015-ci il təvəllüdlü Kamal Qorxmaz oğlu Ağayev və 2019-cu il təvəllüdlü Ayxan Qorxmaz oğlu Ağayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək