3-cü dəfə ana olan qadın öldü - HƏKİMLƏR AĞIR XƏSTƏ OLDUĞUNU BİLDİRİR

Hacıqabulda uşaq dünyaya gətirən ana vəfat edib.

 

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, Bakı sakini, 1978-ci il təvəllüdlü Kərimova Yeganə Məhəbbət qızı Hacıqabulda doğum evində uşaq dünyaya gətirib.

Doğuşdan sonra qadının halı pisləşib. Y.Kərimova Şirvan Şəhər Xəstəxanasına çatdırılarkən yolda keçinib.

 

Xəstəxanadan bildirilib ki, Bakı şəhəri, Suraxanı rayon sakini olan ana Hacıqabul rayonu Meyniman kəndinə anasının evində məskunlaşıb.

Xəstəxanadan bildirilib ki, "Hepatit B" xəstəsi olub, qara ciyər sirrozundan əziyyət çəkib. Hamilə qalmaq qadın üçün riskli sayıldığından ona hamilə qalmamaq tövsiyə edilib. Uşaq dünyaya sağlam gəlsə də məlum xəstəlik qanın laxtalanmasını çətinləşdirib.

Nəticədə vaxtından qabaq açılış baş verib, qanaxmanı saxlamaq mümkün olmayıb.

Şirvan şəhər xəstəxanasına ixtisaslı tibbi yardım almaq üçün aparılarkən ana yolda keçinib.


Doğulan qız uşağının çəkisi 3,1 kiloqramdır və tam sağlamdır.

Xatırladaq ki, Yeganə Kərimova üçüncü övladını dünyaya gətirib.

Rayon Prokurorluğundan mərhumun valideynlərinin normal ailə olduğunu, qızları ilə heç bir problemin olmadığı bildirilib.

Faktla araşdırma aparılır.


 

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR