29 yaşlı şəhid II Şəhidlər Xiyabanında torpağa tapşırıldı
Dünən qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, 29 yaşlı baş leytenant Əlibəyli Şəhriyar Ramiz oğlu dəfn olunub.
Şəhid hərbçi Bakıdakı İkinci Şəhidlər xiyabanında torpağa tapşırılıb. Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin döyüş yoldaşları və yaxınları iştirak edib. Mərasimdə Dövlət Himni səslənib, yaylım atəşi açılıb.
Qeyd edək ki, şəhidimiz 1994-cü ildə Qəbələ rayonu Vəndam qəsəbəsində doğulub. Evin yeganə övladı olan Şəhriyar daha sonra ailəsi ilə birlikdə Bakıya köçüb. O, 2012-ci ildə 236 saylı tam orta məktəbi bitirib. Heydər Əliyev adına Hərbi İnstitutun məzunu olub. Baş leytenant həm də Vətən müharibəsində iştirak edib. Şərəfli döyüş yolu keçən Şəhriyar, Prezident İlham Əliyevin sərəncamları ilə “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
OXŞAR XƏBƏRLƏR
Oktyabrın 5-nə gözlənilən hava şəraiti açıqlanıb
Prezidentin sosial şəbəkə hesablarında YAP-ın VIII Qurultaydakı çıxışına dair videoçarx paylaşılıb
27 İL SONRA - 2020-ci il oktyabrın 4-də Cəbrayıl AZAD EDİLDİ
Oktyabrın 5-nə kimi ölkədə hava şəraiti necə olacaq?
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib