24 yaşlı futbolçu xəsarət alıb
Azərbaycan millisinin hücumçusu Mahir Emreli Vətənə qayıdıb.
APA TV-nin Apasport.az saytına istinadən verdiyi xəbərə görə, bunu “Legiya”nın forvardı özü instaqram səhifəsindəki paylaşımı zamanı bildirib.
Varşava klubunda azarkeşlərin hücumuna məruz qalaraq başından xəsarət alan və bu üzdən son iki çempionat matçını buraxan 24 yaşlı futbolçu bacısı ilə birlikdə Bakıya döndüyünü hava limanındakı şəklini paylaşaraq bəyan edib.
Bu isə Polşada qış fasiləsi yaranması ilə əlaqədardır. “Legiya” növbəti matçını fevralın əvvəllərində keçirəcəyindən, Mahir bir neçə günlük istirahət üçün qayıdıb. Ancaq komandada qalmaq istəməyən forvardın bu müddətdə yeni komanda axtarışına çıxması da istisna deyil.
Qeyd edək ki, Mahir Emrelinin “Legiya” ilə müqavilə müddəti 2024-cü ilin yayına qədərdir.
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib