23 yaşlı qız yazdığı şərhə görə həbs edildi - 3 DƏFƏ KÜLLÜ MİQDARDA CƏRİMƏLƏNMİŞDİ
Təbriz sakini, 23 yaşlı Maidə Övlad Qaragöz adlı gənc qız sosial media hesabında paylaşdığı yazılara və yazdığı şərhlərə görə həbs olunub.
Bu barədə İnsan haqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi məlumat yayıb.
Qaragöz bundan əvvəl sentyabrın 28-də də təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib. Ancaq iki həftə sonra 100 milyon tümən girov müqabilində məhkəmənin növbəti qərarına qədər sərbəst buraxılıb.
Noyabrın 13-də məhkəməyə çağırılaraq, yenidən həbs olunub və təkrar mülki girov qarşılığında sərbəst qalıb.
Bu dəfə isə Maidə Övlad Qaragözə Təbriz İnqilab Məhkəməsi tərəfindən 16 ay həbs cəzası verilib. Bundan başqa, o, 8 milyon tümən cərimə ödəməli, 2 il ölkədən kənara çıxmamalıdır.
22 yaşlı Məhsa Əmininin İranın əxlaq polisinin nəzarətində ikən ölməsindən sonra Güney Azərbaycan daxil olmaqla, ölkədə kütləvi nümayişlərin başlamasının ardınca İslam Respublikası hökuməti sosial media hesablarından tənqidi yazılar dərc edən vətəndaşların həbsini artırıb. Bir çox vətəndaş şəxsi sosial media səhifələrində hökumətə qarşı dərc etdiyi tənqidlərə görə nəzarətə alınıb, işgəncələrə məruz qalıb, həbs olunublar.
OXŞAR XƏBƏRLƏR
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
Gürcüstana qaz təchizatı baş tutacaq
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək