211 nəfər direktor vəzifəsinə təyin edilib
Direktor vəzifəsinə işə qəbul üzrə müsahibələr davam edir.
Təhsil Nazirliyindən APA TV-yə verilən məlumata görə, müsahibə mərhələsində namizədlərin peşə üzrə nəzəri bilikləri, idarəetmə bacarıqları, dünyagörüşü və şəxsi keyfiyyətləri yoxlanılır.
Müsabiqə nəticəsində 211 nəfər direktor vəzifəsinə təyin edilib.
Müsahibələr Təhsil Nazirliyinin rəhbər şəxslərindən ibarət komissiya üzvlərinin iştirakı ilə həftədə 2 gün keçirilir. Hər müsahibə gününün sonunda nazirliyin rəsmi internet səhifəsindəki müvafiq bölmədə (https://edu.gov.az/az/key-services/diq-musahibe-neticeleri) müsahibədə iştirak etmiş namizədlərin nəticələri elan edilir və onların şəxsi səhifələrinə göndərilir.
Müsahibələrin növbəti 3 ay ərzində davam edəcəyi nəzərdə tutulur.
Qeyd edək ki, cari ilin iyun ayının sonundan etibarən dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin müsahibə mərhələsinə start verilib.
Ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin keçirilməsində əsas məqsəd prosesi mərkəzləşdirilmiş qaydada həyata keçirməklə şəffaflığın təmin olunması və sağlam rəqabət mühitinin yaradılmasıdır.
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib