21 yaşlı oğlan dostunu dəfələrlə bıçaqladı
Şabranda qətl hadisəsi olub.
Rayon prokurorluğundan Lent.az-a verilən məlumata görə, iyunun 15-i saat 23 radələrində 25 yaşlı Orxan Əliyevin Şabran rayonu ərazisində öldürülməsi barədə məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin tanışı 21 yaşlı Teymur Cəfərzadənin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Orxan Əliyevə çoxsaylı bıçaq xəsarətləri yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Teymur Cəfərzadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Məlumata görə, dostlar arasındakı mübahisə qız üstündə yaranıb.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir
Paşinyanın qələbəsi: Səbəblər və mümkün NƏTİCƏLƏRİ
Nazir müavini: 200-dən çox təhlükəli mövzularda videoya məhdudiyyətlər qoyulub