21 yaşlı əri arvadının sevgilisi bıçaqladı - BAKIDA FİLM KİMİ CİNAYƏT
Bakıda 21 yaşlı oğlan bıçaqlanıb. APA TV-nin məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində qeydə alınıb. Şəhər sakini, 1998-ci il təvəllüdlü Cəfər Əhmədov bıçaqlanıb. İddiaya görə, onu bıçaqlayan həmyerlisi - 1992-ci il təvəllüdlü Seyran Əliyev Cəfər Əhmədovun həyat yoldaşı ilə qeyri-rəsmi münasibətdə olub. Seyran Əliyev qadınla onların evində görüşən zaman Cəfər Əhmədov evə daxil olub. Bu zaman tərəflər arasında dava olub. Seyran Əliyev masanın üzərindəki bıçağı götürərək Cəfər Əhmədovu bıçaqlayıb. Yaralı 3 saylı Sabunçu rayon xəstəxanasına çatdırılıb, onun həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Seyran Əliyev polis tərəfindən saxlanılıb. Onun barəsində cinayət işi açılıb.
OXŞAR XƏBƏRLƏR
19:50
365
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
19:49
385
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
19:48
367
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
19:09
902
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
18:16
910
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."
18:15
910