202 Azərbaycan əsgəri yürüş etdi - BAKIDAN ACIDƏRƏYƏ QƏDƏR

 

Müdafiə Nazirliyi və Türkiyənin Azərbaycandakı səfirliyi Bakının daşnak-erməni və bolşevik-rus birləşmələrinin işğalından azad olunmasının 101 illiyi münasibətilə paytaxtdan Qobustan rayonuna birgə yürüş təşkil edib.

APA TV-nin yerli bürosunun məlumatına görə, əllərində Azərbaycan və Türkiyə bayraqları olan 202 əsgər Acıdərə adlanan ərazidə yerləşən və 1130 qəhrəman türk şəhid əsgərinin şərəfinə ucaldılan abidə qarşısına toplaşıb.

Mərasim iştirakçıları əvvəlcə abidəni və şəhid məzarını ziyarət edərək, önünə əklil və gül dəstələri düzüb. Sonra hər iki ölkənin dövlət himni səsləndirilib.

Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Müdafiə Nazirliyinin nümayəndəsi, general-mayor Vasif Kazımov, Müdafiə Nazirliyinin Mənəvi-psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani, Türkiyədən gələn qazi, Kıbrıs savaşının iştirakçısı, general-leytenant Cumhur Evcil çıxış edərək, 1918-ci il sentyabrın 15-də Bakının düşmən işğalından azad edilməsini XX əsrdə Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olduğunu deyib.

Tədbirdə qeyd edilib ki, 1918-ci ilin sentyabrında Bakı azad edilməsəydi, bu şəhərin Azərbaycanın paytaxtı olması sual altında qalardı. Sonra məktəblilər Azərbaycan və Türkiyə qardaşlığına, vətənpərvərliyə, şəhidlərə həsr olunmuş şeirlər söyləyib.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR