200 mindən çox sakin çirkab suları yeraltı quyulara doldurur
200 mindən çox əhalisi olan Bərdə şəhərində kanalizasiya sisteminin olmaması sakinlərdə ciddi narazılıq doğurur. Rayonda fərdi evlərin və çoxmərtəbəli yaşayış binalarının çirkab suları yeraltı quyulara doldurulur. Bu isə bir çox hallarda həmin suların daşması ilə nəticələnir. Bundan başqa yağış və qrunt suları şəhərin mərkəzi küçələrində iri gölməçələr əmələ gətirir ki, bu da sakinlər üçün bir sıra çətinliklər yaradır.
- Bu küçə bərbad gündədir. – küçəyə girəsən girmək olmur. Mümkün deyil. Uşaqlar dərsə gedə bilmir. Kanalizasiya zad heç nə yoxdur. Öz cibimizin hesabına buranı düzəltdiririk.
Bir çox yerlərdə isə yağış suları yol kənarında yerləşən evlərin həyətinə dolur.
- Qapımın ağzıdır də qardaş. Sudur da... Yığışıb bura. Su girir həyətimə. Bura baxan da yoxdur. Problem hamısı buradadır.
Sakinlər bildirir ki, vaxtaşırı çirkab sularının texnika ilə daşınması, bəzi hallarda daşaraq yollara dağılması onları cana doydurub. İnsan sağlamlığına mənfi təsir göstərən belə halların tezliklə aradan qaldırılması olduqca önəmlidir. Bəs bu istiqamətdə hansı işlər görülüb. “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı ilə əlaqə saxladıq. Anar Cəbrayıllı bildirdi ki, məsələ ilə bağlı lazımı müraciətlər edilib.
İndi sakinlər səbirsizliklə icra olunacaq layihələr çərçivəsində Bərdə şəhərinin də adını görməyi gözləyirlər.
Elgün Gəncimsoy, Ziya İsmayıloğlu, APA TV
OXŞAR XƏBƏRLƏR
“Bakıdan qatarla Zəngəzur üzərindən Naxçıvana getmək mümkün olacaq” – Deputat
Prezident Dağıstanın tanınmış ictimai-siyasi xadimi Qurban Qurbanova “Dostluq” ordenini təqdim edib
Şəmkirdə aqrar sahənin inkişafına həsr olunan regional müşavirə keçirilib
İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrinə “Dostluq” ordenini təqdim edib