20 marşrutun istiqaməti DƏYİŞİLDİ
Bakı Şəhər Halqasının əhatə etdiyi küçə və prospektlərdə iyunun 6-sı, gecǝ saat 01:00-dan etibarən nəqliyyatın hərəkəti məhdudlaşacaq. Bu səbəbdən, 20 marşrut xəttinin hərəkət sxemində müvəqqəti dəyişikliklər ediləcək.
Bu barədə Lent.az-a Bakı Nəqliyyat Agentliyindən (BNA) bildirilib.
Həmin marşrut xəttləri aşağıdakılardır:
- 1, 2, 4, 10, 46, M3 və H1 saylı marşrutlar üzrə avtobuslar alternativ olaraq D.Əliyeva küç., K.Səfərəliyeva küç., Nizami küç., Neftçilər pr. - Y.Səfərov küç, ilə təşkil ediləcəkdir;
- 5 və 88 saylı marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi 28 May m.st olmaqla hərəkəti 28 May m/st. - Puşkin küç., D.Əliyeva küç., 28 May küç, R.Behbudov küç. ilə təşkil ediləcəkdir;
- 6 saylı marşrut üzrə avtobusların fəaliyyəti 2 istiqamət üzrə yəni 20-ci Sahə y/m - M.Useynov küçəsi və Axundov bağı – Azadlıq prospekti metro stansiyası istiqamətində təşkil ediləcəkdir;
- 6, 18, 31, 37 və 77saylı marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi B.Sərdarov küç. olmaqla Ş.Şamil küç., Lermantov küç., B.Sərdarov küç. ilə təşkil ediləcəkdir;
- 53 saylı marşrut üzrə avtobusların son dayanacaq məntəqəsi M.Useynov küç. olmaqla təşkil ediləcəkdir.
- 125 və 127 saylı marşrutlar üzrə avtobusların son dayanacaq məntəqəsi 28 May m/st olmaqla Bakı Dairəvi Avtomobil yolu, M.Müşfiq küç., Ş.Bədəlbəyli küç. ilə təşkil ediləcəkdir;
- 61 saylı marşrut avtobuslarının hərəkəti S.Vurğun küç. - Ş.Bədəlbəyli küç. – R.Behbudov küç. ilə təşkil ediləcək;
- 65 saylı marşrut üzrə avtobusların hərəkəti M.Muxtarov küç., - Ə.Cavad küç., - Azərbaycan pr. ilə təşkil ediləcəkdir;
- 205 saylı marşrut avtobuslarının hərəkəti Lökbatan NMM – Bakı Dairəvi Avtomobil yolu – M.Müşfiq küç. daha sonra öz xətti ilə hərəkətini davam etdirəcək.
OXŞAR XƏBƏRLƏR
Lənkəranda ilk dəfə dronla çəltik toxumu səpildi
Laçında yeni yol xətlənmə və nişanlanma işləri başa çatdırılır
Naxçıvanda əqrəb ferması fəaliyyət göstərir
Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 18 vaqon yük yola salındı
Lənkəranda baramaçılıqda bu il yüksək məhsuldarlıq gözlənilir