2 yaşlı uşaq ilanı sürüdü
Dünyaca məşhur timsah ovçusu Matt Vrayt rəsmi “İnstagram” hesabından 2 yaşlı oğlunun nəhəng ilanı quyruğundan tutaraq sürüdüyü görüntüləri paylaşıb.
APA TV lent.az-a istinadən məlumat verir ki, Vrayt uşağına vəhşi təbiət sevgisini aşılamağa çalışdığını qeyd edib. Videoda atasına kömək edən azyaşlı Banjo qorxmadan nəhəng ilanın quyruğundan tutaraq bağdan çıxarmağa çalışır.
Qeyd edək ki, Avstraliyalı Matt son 20 ildir vəhşi heyvanlarla yaşayır. Xüsusilə timsahlarla yaxın əlaqədə olduğu bilinən Vraytın paylaşdığı görüntülər izləyicilərə həyəcanlı anlar yaşadıb. Qısa müddətdə minlərlə bəyənmə və şərh alan video sosial mediada rezonans doğurub.
OXŞAR XƏBƏRLƏR
12:25
282
Tozun miqdarı normadan artıqdır – Tozlu hava neçə gün davam edəcək?
12:22
250
Məktəb ideoloji mübarizə meydanı deyil, ELMİN VƏ SAĞLAM İNKİŞAFIN MƏKANIDIR
21:57
684
İlham Əliyev və Mehriban Əliyeva Vyetnamın Vitse-prezidenti ilə görüşdülər
21:51
711
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib
21:44
716
Media və Yayım Şurası AÇIQLAMA YAYDI
16:29
1180