Yola çıxan 2 fəhləni maşın vurdu: sürücü qaçdı - HACIQABULDA
Hacıqabulda 2 piyadanı vuran sürücü hadisə yerindən qaçıb.
APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Meyniman və Muğan qəsəbələrindən keçən hissəsində qeydə alınıb.
Yaxınlıqdakı fermada işləyən və yolun hadisə baş verən hissəsinə çıxan 2 fəhləni avtomobil vurub. Qəzanı törədən sürücü aradan çıxıb. Hadisə şahidləri Hacıqabul rayonu Meyniman qəsəbə və Gəncə şəhər sakini 31 yaşlı Hikmət Elçin oğlu Heydərovu və 42 yaşlı Ramin Ramiz oğlu Məmmədovu "VAZ 2106" markalı avtomobilin vurduğunu deyir. Aşağı ətraflarında sınıq xəsarətləri alan fəhlələr Şirvan şəhər xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. Sürücü və avtomobil axtarışa verilib.
OXŞAR XƏBƏRLƏR
17:47
879
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
769
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
774
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
870
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
832
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
850