2 milyon mənimsəməkdə təqsirləndirilən polisə BƏRAƏT VERİLDİ
Bəzi media səhifələrində etibardan sui- istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməkdə təqsirləndirilən Xətai RPİ-nin Cinayət-axtarış şöbəsinin sabiq kiçik əməliyyat müvəkkili Həşimli Elvin Elçin oğluna Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bəraət verilməsi ilə bağlı informasiyalar yayılıb.
Bununla əlaqədar Baş Prokurorluqdan Lent.az-a bildirilib ki, Elvin Həşimlinin tanışı Möhkəm Səmədova birgə sahibkarlıq fəaliyyəti ilə məşğul olub gəlir əldə etmək adı ilə sonuncunun 2 milyon 59 min manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr müəyyən olunduğundan Xətai rayon prokurorluğunda Elvin Həşimlinin Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq - xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Həmin məhkəmənin 13.07.2022-ci il tarixli hökmü ilə Elvin Həşimliyə bəraət verilib.
21.07.2022-ci il tarixdə dövlət ittihamçısı tərəfindən qeyd edilən hökmdən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, eləcə də cinayət qanunu normasının düzgün tətbiq edilməməsi əsasları ilə apellyasiya protesti verilib.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."