2 “Jiquli” toqquşdu: 4 yaralı - TOVUZDA

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Qazqulu kəndində qeydə alınıb. "VAZ 2106" ilə "VAZ 2107" markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Onlar rayonun Ağdam kənd sakinləri - 1996-cı il təvəllüdlü Sadıqov Ruslan Niyazi oğlu, 1992-ci il təvəllüdlü İsayev Mirzə Komsomol oğlu, Yuxarı Öysüzlü kənd sakinləri - 1995-ci il təvəllüdlü Qarayev Səxavət Bakir oğlu, 1995-ci il təvəllüdlü Məmmədov Natiq Tofiq oğludur.

 

Yaralılar Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Vəziyyətləri orta-ağır qiymətləndirlir.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR