23 yaşlı gənc ömürlük şikəst qala bilər - BAKIDA İKİ MAŞIN TOQQUŞDU
Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.
APA TV-nin məlumatına görə, qəza Rüstəm Rüstəmov küçəsində qeydə alınıb.
23 yaşlı Babayev İbrahim İmran oğlu idarə etdiyi "Lada" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil qarşıdan gələn və 1985-ci il təvəllüdlü Rzayev Elman Gülmirzə oğlunun idarə etdiyi "Hyundai" markalı nəqliyyat vasitəsinə çırpılıb. Avtoqəza zamanı hər iki avtomobilin sürücüləri xəsarət alaraq xəstəxanaya yerləşdirilib. İ.Babayevə hər iki ayağın sınığı diaqnozu qoyulub.
Əraziyə Sabunçu Rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları cəlb olunub, avtotexniki ekspertiza təyin edilib.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
17:47
1021
Prezident Kiçik Qaladərəsində görülən işlərlə tanış olub
17:21
896
Laçında Hoçaz çayının üzərində yerləşən su elektrik stansiyaları istifadəyə verildi
17:20
900
“Həkəriçay” layihəsi 7 rayonun içməli su təchizatını yaxşılaşdıracaq
19:48
894
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
856
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
872