2 avtomobil toqquşub - İŞIQFORUN QIRMIZI İŞIĞINI GÖZLƏMƏDİ
Bakının Səbail rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
APA Tv-nin xəbərinə görə, qəza Bakı-Salyan magistralında qeydə alınıb.
Bəhruz Nəcəfli etiraf edib ki, idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən işıqforun qırmızı işığından keçmək istəyib. Bu zaman onun avtomobili işıqforun qırmızı işığında dayanmış Məhərrəm Hüseynlinin idarə etdiyi “Mercedes” markalı nəqliyyat vasitəsinə çırpılıb.
Hadisə zamanı M.Hüseynli xəsarət alıb.
Əraziyə Səbail Rayon DYP əməkdaşları cəlb edilib, avtotexniki ekspertiza təyin edilib.
Hadisənin təfərrüatı araşdırılır.
OXŞAR XƏBƏRLƏR
19:48
613
Gürcüstana qaz təchizatı baş tutacaq
19:47
606
Bu şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə ediləcək
19:47
620
Azərbaycandan tranzit keçməklə Ermənistana propan və gübrə göndərilib
16:40
330
Ordubadda yerləşən bu kəndin adının mənası “yox-yox” deməkdir
16:39
325
Ceyhun Bayramovdan Sülh sazişinin imzalanması ilə bağlı mühüm açıqlama
16:37
333