19 yaşlı “qızıl həvəskarı” saxlanıldı - OĞURLUQ ÜSTÜNDƏ
Qubada ev oğrusu saxlanılıb.
APA TV-nin şimal bürosunun məlumatına görə, polisin saxladığı şəxs rayonun Bağbanlı kəndində fərdi yaşayış evlərindən birinə girərək oradan oğurluq edib.
Oğurluq edən Raman Mirzəyev adı çəkilən kəndin sakinidir. 19 yaşlı gənc həmkəndlisinin evində qızıl-zinət əşyaları apardığını etiraf edib: “Bağbanlıya alma yığmağa getmişdim. Zeynalın evinə girmişəm. Qapını döydüm, çıxan olmadı. Evə girib 2-ci mərtəbədən qızıl-zinət əşyalarını apardım”.
R.Mirzəyevin ətrafında aparılan əməliyyat tədbirləri onun başqa bir cinayətdə iştirakını da sübuta yetirib. O, 3 gün Xaçmazda da oğurluq edib, orada da girdiyi evdən qızıl əşyaları aparıb: “Ayın 16-da Xaçmazın Yergüc kəndində tanımadığım bir şəxsin evindən qızıl oğurlamışam. Qızılları da aparıb Xaçmazda satmışam. Elədiyim əmələ görə peşmanam”.
Polis qızılların satıldığı yeri müəyyənləşdirib, həmin zinət əşyaları maddi sübut kimi götürülüb.
Faktlarla araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
Hikmət Hacıyev ölkəmizə qarşı aparılan media kampaniyalarından danışdı
Azərbaycan və Slovakiya prezidentləri Ağdamın Baş Qərvənd kəndində olub
Elektron siqaret, sığorta, qumar: Milli Məclisdən yeni qanun layihələri
Şuşada IV Qlobal Media Forumu öz işinə başladı
Prezidentdən 907-ci düzəlişlə bağlı mühüm mesaj: "Ləğv edilməlidir..."