17 yaşlı məktəbli özünü öldürüb?
Füzulidə 17 yaşlı oğlan kanalda batıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Baş Mil kanalının Füzuli rayonu, Böyük Bəhmənli kəndi ərazisindən keçən hissəsində 2005-ci il təvəllüdlü Süleymanov Zaur Elşən oğlunun batması barədə məlumat daxil olub. Kanalda batdığı deyilən məzunla bağlı bir sıra detallar məlum olub. Yayılan məlumata görə, 11-ci sinif şagirdi olan 17 yaşlı Zaur Süleymanov qəbul imtahanından az bal yığıbmış. Bu səbəblə də o, yaşadığı evdən çıxaraq, naməlum istiqamətdə gedib. Böyük Bəhmənli kənd Etiram Piriyev adına 1 nömrəli tam orta məktəbin direktoru Elnarə Hüseynovanın APA TV-nin yerli bürosuna bildirdiyinə görə, Zaur Süleymanov 3-cü qrupa hazırlaşıb. Qəbul imtahanında 610 toplayan şagirdin arzusu tarix və ya hüquq fakültəsinə qəbul olmaq olub. O, son zəng üçün yeni libas alıb, məktəbi yüksək qiymətlərlə bitirəcəkdi. Ehtimal olunur ki, məzun özünü Baş Mil kanalına atıb. Böyük Bəhmənli kənd ərazi nümayəndəsi Asəf Hüseynovun APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, Zaur Süleymanovun batması dəqiq deyil. Məlumata görə, yeniyetmənin tapılması üçün hətta Baş Mil kanalı hazırda qurudulur. Zaur Süleymanovun intihar edib-etməməsi isə dəqiq bilinmir.
OXŞAR XƏBƏRLƏR
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısını qəbul etdi
Şübhəli binada əməliyyat: 1 nəfər dedilər, amma yerin altından 8 nəfər çıxdı
Bakının yaddan çıxan təbiət guşəsi – “Pitomnik”dən REPORTAJ
Prezident Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxış edib
İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak etdi