165 gündən sonra nəşi tapılan şəhid Ordubadda dəfn edildi
Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin şəhid olduğu müəyyənləşib.
APA TV xəbər verir ki, 1988-ci il təvəllüdlü şəhid İntiqam Allahverdi oğlu Abdullayevin nəşi 165 gündən sonra Murovdağ istiqamətində tapılıb.
Leytenant Abdullayev İntiqam Ordubad rayonunun Düylün kəndindəndir. Bu gün səhər saatlarında onun cənazəsi Bakıdan Ordubada aparılıb və kənd qəbiristanlığında dəfn olunub.
Qeyd edək ki, İntiqam Abdullayev Vətən Müharibəsi zamanı Murovdağ uğrunda gedən döyüşdə iştirak edib. 4 oktyabr 2020-ci ildən sonra ondan xəbər almaq mümkün olmayıb. Martın 16-da onun şəhid olması dəqiqləşib.
Allah rəhmət eləsin!
OXŞAR XƏBƏRLƏR
13:54
688
Bakıda Silahlı Qüvvələr Günündə hərbçilərin yürüşü keçirilib – “Ordumuz daim var olsun!”
13:17
693
Azərbaycan ordusu necə dünyanın ən güclü ordularından birinə çevrildi?
19:45
1852
Prezident İran İslam Şurası Məclisinin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
19:43
1460
Prezident TBMM-nin sədrinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
18:12
1883
Azərbaycan və Türkmənistan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıblar
16:20
1051